19 C
Baku
Tuesday, October 7, 2025

Qızılın qiyməti tarixdə ilk dəfə 4000 dolları keçib

Qızılın qiyməti tarixdə ilk dəfə bir unsiya üçün 4000 ABŞ dollarını keçib. 7 oktyabr, çərşənbə axşamı Nyu-York Əmtəə Birjasında (COMEX) qızılın dekabr fyuçerslərinin qiyməti 0,6% artaraq unsiya üçün 4000,1 ABŞ dollarına çatıb.

Qiymət artımı ABŞ-də hökumətin fəaliyyətinin demək olar yeddi ildən sonra ilk dəfə dayandırılması (şatdaun) fonunda müşahidə olunur. 1 oktyabr tarixindən etibarən Konqres yeni maliyyə ili üçün büdcəni təsdiqləyə bilmədiyi üçün ABŞ-də rəsmi olaraq şatdaun elan edilib.

Analitiklər qiymət artımını həmçinin inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankların iri qızıl alışları ilə əlaqələndirirlər. Bu ölkələr ABŞ dollarından asılılığı azaltmağa çalışırlar, “Bloomberg” yazır.

2025-ci ilin əvvəlindən etibarən, adətən geosiyasi və iqtisadi risklərə qarşı kapitalın etibarlı qorunma vasitəsi sayılan qızılın qiyməti təxminən 50% artıb.

Son xəbərlər
Digər xəbərlər