23 C
Baku
Wednesday, October 8, 2025

“Nvidia” İlon Maskın “xAI” startapına $2 milyard sərmayə qoyur

Milyarder İlon Maskın süni intellekt sahəsində fəaliyyət göstərən “xAI” startapı 20 milyard dollarlıq maliyyələşdirmə məqsədinə demək olar çatıb. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.

“Nvidia” şirkəti “xAI”yə 2 milyard dollara qədər investisiya qoymağı planlaşdırır. Bu vəsaitlər startapın Memfisdə yerləşən və ən böyük məlumat emalı mərkəzi olan “Colossus 2” üçün çiplərin alınmasına yönəldiləcək.

Ümumi 20 milyard dolların 7,5 milyardı səhmlər, 12,5 milyardı isə borc vəsaiti şəklində formalaşacaq. Borc hissəsi “Nvidia” prosessorlarının alınması üçün yaradılacaq xüsusi struktur vasitəsilə rəsmiləşdiriləcək və “xAI” bu prosessorları beş il müddətinə icarəyə götürəcək.

“Bloomberg”in məlumatına görə, maliyyələşdirmədə həmçinin “Apollo Global Management” və “Diameter Capital Partners” şirkətləri iştirak edir.

Son xəbərlər
Digər xəbərlər