Səudiyyə Ərəbistanının “Ən-Nasr” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub. Bloomberg Milyarderlər İndeksinə əsasən, onun sərvəti 1,4 milyard dollara çatıb.
“Bloomberg” qeyd edir ki, iyun ayında 40 yaşlı hücumçu “Ən-Nasr”la 400 milyon dollardan çox məbləğdə yeni müqavilə imzalayıb.
Ronaldu Portuqaliya millisinin heyətində 223 oyuna çıxıb və 141 qol vurub. O, Avropa çempionu (2016) və ikiqat UEFA Millətlər Liqasının qalibidir.