24 C
Baku
Thursday, October 9, 2025

BVF: Qlobal borc 2029-cu ilə qədər dünya iqtisadiyyatının həcmini ötəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, 2029-cu ilə qədər qlobal dövlət borcu dünya iqtisadiyyatının ümumi həcmini ötəcək.

Vaşinqtonda çıxışı zamanı o, bunun “ayıldıcı bir reallıq” olduğunu vurğulayıb. Georgiyeva borclanma həcminin artmasını həm inkişaf etmiş ölkələrdə, həm də bazar iqtisadiyyatına malik inkişaf etməkdə olan ölkələrdə dövlət borcunun yüksəlməsi ilə əlaqələndirib.

O, dövlət borcunun artmasının mənfi nəticələrinə toxunaraq bildirib ki, bu, faiz ödənişlərinin artmasına, borclanma dəyərinə təzyiqin yüksəlməsinə, dövlət xərclərinin məhdudlaşmasına və hökumətlərin “iqtisadi şokları yumşaltmaq qabiliyyətinin azalmasına” səbəb olur.

Son xəbərlər
Digər xəbərlər