20 C
Baku
Friday, October 10, 2025

İsrailin Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gəlir

İsrailin Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

Onun sözlərinə görə, türkiyəli deputatlar ölkəyə gətirilmək üçün Azərbaycana aparılıb.

XİN rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.

Qeyd edək ki, İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç deputatı da var.

Son xəbərlər
Digər xəbərlər