Rusiya Maliyyə Nazirliyi bu gün yeni avrobond emissiyasının yerləşdirilməsinə başladığını bildirib. “Bloomberg” agentliyinin verdiyi xəbərə görə, 10 il meddətinə buraxılan bu istiqrazlar ABŞ dolları nominallaşıb. Yerləşdirmənin bu gün bitəcəyi qeyd olunub.
Maliyyə Nazirliyindən verilən məlumata əsasən, beynəlxalq bazarlarda avroistiqrazların yerləşdirilməsi xarici borclanma və cari ilin büdcə qanununa uyğun olaraq həyata keçirilir. İstiqrazalrın yerləşdirilməsi üçün təşkilatçı qismində “VTB Kapital” şirkəti seçilib. “Bloomberg” agentliyinin məlumatına görə, yerləşdirmə illik 4,65-4,9% gəlirliklə aparılır. Emissiyanın Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozmayacağı bildirilir.
Qeyd edək ki, aprel ayında “Bloomberg” agentliyi Rusiyanın avrobond emissiyası yerləşdirməyəcəyini açıqlayıb. Buna səbəb olaraq Qərbin təşkilatçı banklara təzyiqi göstərilib. O zaman Maliyyə Nazirliyinin 3 mlrd. dollar cəlb edərək büdcə kəsirinin 10%-dən az hissəsini örtəcəyi planlaşdırdığı qeyd edilirdi.
-Report