19 C
Baku
Friday, October 10, 2025

Şirkət sahibləri dividendin “dadını çıxara bilmədilər”: İndi ciddi seçim qarşısındadırlar

Azərbaycandakı tikinti şirkəti “Diadem” ASC-nin Bakı Fond Birjasında səhm emissiya etməsi ona düşərli olmayıb. Şirkət 2024-cü ildə şirkət təxminən 5,5 milyon manat xalis zərər göstərib, halbuki 2023-cü ildə 1,9 milyon manat xalis mənfəət etmişdi.

Banker.az xəbər verir ki, buna səbəb şirkətin tikintidən olan gəlirlərindəki kəskin enişdir. Belə ki, 2023-cü ildə gəlirlər 58,4 milyon manat olduğu halda, 2024-cü ildə bu rəqəm 30,4 milyon manat qədər düşməklə illik müqayisədə 48% azalıb. Azalmaya səbəb əsas fəaliyət sahəsi olan tikintidəki gəlirərin 58,3 milyon manatdan 26,34 milyon manata düşməsidir.

Şirktətdəki əsas xərc maya dəyəri 2023-də 47,1 milyon manat, 2024-də isə 32,4 milyon manat təşkil edib ki, bu da cəmi 31% azalmadır.

Gördünüyü kimi gəlirlərin daha kəskin azalması nəticəsində ümumi mənfəət son bir ildə 11,3 milyon manatdan 2,0 milyon manat zərərə çevrilib. Ümumi mənfəət marjası 2023-də 19%, 2024-də isə -7% səviyyəsindədir.

Əməliyyat mənfəəti 2023-də 9,7 milyon manat, 2024-də isə cəmi 0,5 milyon manat olub – 95% azalma. İnzibati xərclər 1,6 milyon manatdan 2,5 milyon manata yüksəlib (+58%).

Bununla da tikinti şirkətinin satış gəlirlərinin təxminən yarıbayarı azalması, üstəlik, maya dəyərinin gəlirlərə nisbətən daha yavaş azalması və mənfəət marjasının sıxılması, inzibati və maliyyə xərclərinin artması onun 2024-cü ildəki performasında “U”dönüşü edib.

“Diadem” ASC-nin cəmi aktivlər 102,9 milyon manatdan 114,4 milyon manata artıb (+11%), öhdəlikləri isə 97,9 milyon manatdan 114,8 milyon manata qalxıb (+17%). Öhdəliklər aktivlərdən daha yüksək dinamika ilə artıb. Beləliklə, səhm sahiblərinin kapitalı 5 milyon manat zərər səbəbindən əriyərək 0,4 milyonlıq deifistə çevrilib.

Halbuki, şirkətin iki sahibi 75 faiz payla Elbrus Nəbiyev və 25 faiz payla Kəmalə Dosumalıyeva 2023-cü ildə bu birgə biznesdən 10,8 milyon manat dividend əldə etmişdilər. Bu məbləğ həmin ilin mənfəətindən (cəmi 1,8 milyon manat) 6 dəfə çoxdur, yəni əvvəlki illərdə toplanmış mənfəətdən ödənilib.

d88272 scaled

Son xəbərlər
Digər xəbərlər