18 C
Baku
Friday, October 10, 2025

Rişi Sunak “Microsoft”da müşavir təyin olunub

Böyük Britaniyanın keçmiş Baş naziri Rişi Sunak ABŞ-ın texnologiya nəhəngi “Microsoft” və süni intellekt startapı “Anthropic” şirkətlərinə baş müşavir kimi qoşulduğunu açıqlayıb.

R.Sunak ötən ilin iyulunda keçirilmiş ümumi seçkilərdə Mühafizəkarlar Partiyasının məğlubiyyətindən sonra partiya lideri vəzifəsindən istefa versə də Britaniya Parlamentinin üzvü kimi fəaliyyətini davam etdirir. O, “LinkedIn” hesabında paylaşdığı açıqlamada bildirib ki, bu vəzifələrdən əldə ediləcək bütün gəlir “The Richmond Project” adlı xeyriyyə fonduna ianə ediləcək. Həmin fond R.Sunak və həyat yoldaşı Akşata Murti tərəfindən yaradılıb. “Amazon” və “Google” tərəfindən dəstəklənən “Anthropic” şirkətindən bildirilib ki, R.Sunakın bu daxiliyönümlü, yarımştat müşavir rolu keçmiş nazirlər və yüksəkvəzifəli dövlət qulluqçuları üçün yeni iş qaydalarına nəzarət edən ACOBA komitəsinin tələblərinə tam uyğun həyata keçirilir.

R.Sunak “Anthropic” şirkətinə strategiya, makroiqtisadi və geosiyasi meyillər üzrə məsləhətlər verəcək. Onun vəzifəsi qlobal strateji məsələlərə yönəlib və o, “Anthropic” adından Böyük Britaniyanın hökumət rəsmiləri ilə əlaqə saxlamaq hüququna malik deyil.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər