23 C
Baku
Sunday, October 12, 2025

Sürücüləri sevindirəcək yenilik! Süni intellekt bu proqrama da gəlir

Google şirkəti “Maps” tətbiqinə yeni nəsil süni intellekt – Gemini sistemini əlavə etməyə hazırlaşır. Test versiyasında istifadəçilər artıq tətbiqin interfeysində dəyişikliklər görüblər – əvvəlki mikrofon simvolu yeni bir işarə ilə əvəzlənib. Bu o deməkdir ki, indi istifadəçilər Google Maps ilə səsli şəkildə ünsiyyət qura biləcəklər.

Yeni funksiya sayəsində sürücülər tətbiqdən ödənişli yollardan yayınan marşrut yaratmağı, gediləcək məntəqədə havanı öyrənməyi və hətta sadəcə söhbət etməyi xahiş edə biləcəklər. Bütün bunlar toxunmadan, sadəcə səs əmrləri vasitəsilə həyata keçiriləcək.

Məlumatlara görə, Gemini yalnız əmrlərə cavab verməklə kifayətlənməyəcək, həm də istifadəçinin ehtiyaclarını öncədən proqnozlaşdıra biləcək. Bu isə köhnə Google Assistant sisteminin yavaş-yavaş yeni, daha universal süni intellekt köməkçisi ilə əvəz olunacağı anlamına gəlir.

Hazırda funksiya sınaq mərhələsindədir, lakin yaxın vaxtlarda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər