Almaniya parlamentinin aşağı palatası əcnəbilərə vətəndaşlıq verilməsinin sürətləndirilməsi prosedurunun ləğvinin lehinə səs verib.
Bu barədə “Zeit” nəşri yazır.
Bildirilir ki, yeni qaydaya əsasən, Almaniya pasportunu almaq istəyən şəxslər ölkədə əvvəlki kimi üç il deyil, azı beş il yaşamalıdırlar.
Qeyd edək ki, sürətləndirilmiş vətəndaşlıq mexanizmi 2024-cü ilin iyun ayında, sabiq kansler Olaf Şolts hökuməti dövründə tətbiq edilmişdi. O zaman Almaniya vətəndaşlarının həyat yoldaşları və mühüm nailiyyətləri olan şəxslər bu prosedur vasitəsilə daha qısa müddətdə vətəndaşlıq əldə edə bilərdilər.