22 C
Baku
Sunday, October 19, 2025

Gələn il Bakı üzrə yığılacaq ümumi gəlirlər açıqlanıb

2026-cı ildə şəhər və rayonların büdcə gəlirləri 16.9 milyard manata çatacaq.

2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il Azərbaycanın şəhər və rayonları üzrə ümumi gəlirlər 16 milyard 910 milyon manat məbləğində proqnozlaşdırılır.

Qanun layihəsində paytaxt Bakı şəhəri ölkə üzrə ən yüksək büdcə gəlirlərinə malik şəhər olaraq qalır. 2026-cı ildə Bakı üzrə ümumi gəlirlər 15 milyard 376 milyon 500 min manat planlaşdırılır.

Rəqəmlərdən aydın olur ki, Bakı istisna olmaqla, ölkənin digər şəhər və rayonlarının ümumi gəlirləri 2026-cı ildə 1 milyard 533 milyon 500 min manat səviyyəsində olacaq.

Son xəbərlər
Digər xəbərlər