Yaponiya Liberal Demokrat Partiyasının sədri Sanae Takaiti ölkənin 104-cü Baş naziri seçilib. O, bu vəzifəni tutan ilk qadın olub.
Parlamentin aşağı palatasında keçirilən səsvermə çərşənbə axşamı baş tutub — xanım Takaiti 465 səsdən 237-sini qazanıb. Əsas rəqibi, Konstitusiya Demokrat Partiyasının lideri Yosihiko Noda isə 149 səs toplayıb, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Yaxın günlərdə yeni Baş nazirin hökuməti formalaşdırmağa başlayacağı gözlənilir.