İnvestisiya bankı “Goldman Sachs”ın analitikləri, neft tankerələrinin peyk izləmə məlumatlarını Beynəlxalq Enerji Agentliyi və ABŞ Energetika Nazirliyinin ehtiyat göstəriciləri ilə müqayisə edərək belə qənaətə gəliblər ki, “uzun müddət gözlənilən qlobal profisit” nəhayət özünü göstərməyə başlayıb.
OECD ölkələrindəki ehtiyatlar artıb – müşahidə olunan kommersiya ehtiyatları ilin əvvəlindən bu yana gündəlik 340 min barel artıb ki, bu da ümumi həcmin təxminən dörddə birinə bərabərdir.
Gözlənilir ki, 2025-ci ilin sonuna qədər bu pay ümumi həcmin üçdə birinə qədər yüksələcək.
Rusiyada hasilatdakı dəyişikliklər bankın proqnozuna təsir edən əsas risk amilidir. “Goldman Sachs” bu amilləri nəzərə alaraq “Brent” markalı neftin qiymətinin 2026-cı ilin dördüncü rübündə bir barel üçün 52 dollara qədər enəcəyini gözləyir.
Rusiyada istehsalın azalması riskini yaradan səbəblər bunlardır: logistika problemləri, avadanlıqların köhnəlməsi, güclü rubl və Ukraynanın enerji infrastrukturuna hücumları.
Bununla belə, analitiklər qeyd edirlər ki, qiymətlərin azalması yavaş ola bilər, çünki ehtiyatların artımı artıq bazar qiymətlərində nəzərə alınıb, həm də dizel yanacağının yüksək emal rentabelliyi tələbi dəstəkləməyə davam edir.