18 C
Baku
Wednesday, October 22, 2025

Bankların ipoteka kreditləri RENKİNQİ: həcm, bazar payı, dinamika (01.10.2025)

2025-ci ilin 1 oktyabr tarixinə Azərbaycanda ipoteka kreditlərinin ümumi həcmi 4.55 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəlindən 7.1% artım deməkdir.

Banker.az xəbər verir ki, bazarın ən böyük oyunçusu ABB-dir — bankın ipoteka portfeli 1.53 mlrd. manatdır və bu, ümumi bazarın təxminən 33.6%-ni təşkil edir. Onu ikinci sırada “Kapital Bank” (597.6 mln. manat, 13.1% pay) və üçüncü sırada “Xalq Bank” (519.3 mln. manat, 11.4% pay) izləyir.

“PAŞA Bank” və “Azər Türk Bank” müvafiq olaraq 239.8 mln. manat (5.3%) və 206.3 mln. manat (4.5%) ipoteka portfeli ilə ilk beşliyi tamamlayır.

Beləliklə, ilk beş bank ipoteka kreditləri bazarının təxminən 68%-ni nəzarətdə saxlayır.

324

Son xəbərlər
Digər xəbərlər