17 C
Baku
Wednesday, October 22, 2025

Sizin Lombard 2 milyonluq borc etdi – 50 investora illik 15% ödəniş edəcək

Bakı Fond Birjasının (BFB) məlumatına görə, “GL” ASC (Sizin Lombard)  2 milyon manat məbləğində istiqraz buraxılışı həyata keçirib.

Banker.az xəbər verir ki, Emitentin AZ2037020289 ISIN kodlu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 22 oktyabr 2025-ci il tarixində yekunlaşıb.

Listinq Komitəsinin 15 oktyabr 2025-ci il tarixli qərarına əsasən, istiqrazlara “Ticarətə İcazə” verilib və onlar BFB-nin Standart Bazar Listinq seqmentinə daxil edilmişdi.

Buraxılış çərçivəsində ümumilikdə 2,000 ədəd istiqraz yerləşdirilib. Hər istiqrazın nominal dəyəri 1,000 manat, ümumi borclanma həcmi isə 2 milyon manat təşkil edir.

İstiqrazların illik kupon faizi 15% olmaqla, faiz ödənişləri aylıq həyata keçiriləcək. Tədavül müddəti 7 il olan bu istiqrazlar faizli, təminatsız, sənədsiz və adlı formada buraxılıb.

Hərracda 50 investor iştirak edib və ümumilikdə 50 sifariş təqdim olunub. İstiqrazların yerləşdirilməsi üzrə anderrayter funksiyasını “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yerinə yetirib.

İstiqrazların emissiya prospekti ilə tanış olmaq üçün BFB-nin rəsmi internet səhifəsində emitentin profil bölməsinə müraciət etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər