24 C
Baku
Sunday, September 29, 2024

“Tesla” elektromobilləri avtopilot rejimində 160 milyon km məsafə qət edib

“Tesla” şirkətinin avtonom idarəetmə sistemi ilə təchiz olunmuş avtomobilləri artıq avtopilot rejimində 160 milyon km məsafə qət edib.
“The Verge” portalının verdiyi xəbərə görə, bunu San-Fransiskoda keçirilən “EmTech Digital” konfransında şirkətin avtonom idarəetmə sistemləri üzrə direktoru Stirlinq Anderson deyib. O bildirib ki, gün ərzində elektromobillər aktivləşdirilmiş avtopilot rejimində 4 milyon km yol gedir. Beləliklə, bu sistemlə idarə olunan 70 min avtomobildən hər biri sutka ərzində sürücüsüz 60 km məsafə qət edir.

Avtonom idarəetmə “Tesla” maşınlarında ötən ilin oktyabrında elektromobillərin elektronika sistemi üçün yeni proqram təminatı ilə birlikdə tətbiq olunub. Avtopilot zolaq üzrə hərəkət etməyə, sürəti dəyişməyə, sürücünün dönmə əmrini yerinə yetirməyə, eləcə də park yeri axtarıb, orada saxlamağa imkan verir.

Lent.az

Son xəbərlər
Digər xəbərlər