20 C
Baku
Thursday, October 23, 2025

“Nebius” və “Uber” Volojun robotaksi sahəsindəki startapına $375 milyon sərmayə qoyur

“Nebius Group” şirkəti “Uber Technologies” ilə birlikdə pilotsuz idarəetmə və çatdırılma xidməti sahəsində fəaliyyət göstərən “Avride” startapına 375 milyon dollara qədər investisiya yatıracaq. Qeyd edək ki, “Avride” startapı “Nebius”un tərkibinə daxildir.

Bu investisiyalar “Avride” və “Uber” arasında 2024-cü ildə imzalanmış strateji razılaşma çərçivəsində başlanan kommersiya əməkdaşlığının davamıdır. Cəlb olunan vəsait “Avride”yə avtomobil parkını genişləndirməyi sürətləndirməyə, süni intellekt əsaslı məhsulların hazırlanmasını dəstəkləməyə və yeni regionlara çıxmağa imkan verəcək. 2025-ci ilin sonuna qədər “Uber” bazasında “Avride” robotaksi xidmətinin Dallasda işə salınması planlaşdırılır. Artıq Texas və Nyu-Cersi ştatlarında “Uber Eats” vasitəsilə “Avride”in avtomatlaşdırılmış yemək çatdırılması xidməti fəaliyyət göstərir.

22 oktyabr ticarət sessiyası zamanı “Nebius”un səhmləri 7,5% ucuzlaşaraq minimumda 96,5 dollara düşüb. Bununla belə, 2025-ci ilin əvvəlindən bəri səhmlərin dəyəri təxminən 210% artıb.

“Yandex”in qurucusu Arkadiy Voloj hazırda “Nebius” şirkətinə rəhbərlik edir. 22 oktyabr tarixinə görə, o, “Forbes Real-Time Billionaires” qlobal reytinqdə dünyanın ən varlı adamları siyahısında 1176-cı yerdə qərarlaşıb. Onun sərvəti 3,4 milyard dollar (−4%) dəyərində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər