20 C
Baku
Thursday, October 23, 2025

“Meta” süni intellekt bölməsindəki 600 işçini ixtisar edir

“Meta” süni intellekt bölməsindəki 600 işçini ixtisar edir. Sənəddə qeyd olunur ki, şirkət bu Korporasiya ümid edir ki, ixtisar edilən əməkdaşların əksəriyyəti şirkət daxilində digər vəzifələrə keçəcək.

İxtisarlar süni intellekt infrastrukturunun qurulması, əsas tədqiqatlar və məhsul yönümlü bölmələrdə çalışan işçiləri əhatə edəcək. Bununla yanaşı, şirkət hələ də “süperintellekt” üzərində işləyən və yeni yaradılmış “TBD Lab” bölməsinə işçi qəbul etməyə davam edir, “The Verge” yazır.

“Bloomberg”in məlumatına görə, “Meta” sənayenin ən yaxşı mütəxəssislərini cəlb etmək üçün “milyardlarla dollar” xərcləyib. Xüsusilə, 2025-ci ilin yayında şirkət süni intellekt startapı “Scale AI”a 14,3 milyard dollar sərmayə yatırıb. Startapın həmtəsisçisi və baş direktoru Aleksandr Van daha sonra “Meta”da süni intellekt üzrə direktor vəzifəsini tutub.

Son xəbərlər
Digər xəbərlər