“Ford Motor” şirkəti ABŞ-də arxa görüntü kamerasında yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxminən 1,45 milyon avtomobili geri çağıracağını elan edib. “Reuters”in məlumatına görə, bu qərar 2015–2020-ci illərdə istehsal edilmiş Explorer, Escape, Mustang, Flex, Fiesta, C-Max, Taurus, Fusion, Lincoln MKT və MKZ modellərinə aiddir.
Geri çağırılmaya səbəb ABŞ Yol Hərəkətində Təhlükəsizlik üzrə Milli İdarə (NHTSA) tərəfindən daxil olan çoxsaylı şikayətlər olub. Avtomobil sahibləri “Ford” istehsalı modellərdə arxa kamera görüntüsünün düzgün işləmədiyini, bəzən şəkilin təhrif olunduğunu, titrədiyini və ya ümumiyyətlə görünmədiyini bildiriblər. Bu isə yol-nəqliyyat hadisələri riskini artırır.
Bu il bu, “Ford Motor” şirkətinin ilk geri çağrılması deyil. İyun ayında şirkət 850 min avtomobili yanacaq sistemi nasazlığı səbəbindən geri çağırmışdı.