2025-ci ilin 1 oktyabr tarixinə bank sektorunda depozit portfelinin ümumi həcmi 36.59 mlrd. manat təşkil edib ki, bu da ilin əvvəlindən 2.8% azalma deməkdir.
Bazarın lideri Kapital Bank olaraq qalır — onun depozit portfeli 8.67 mlrd. manatdır və bu, ümumi bazarın təxminən 23.7%-ni təşkil edir. Ardınca ABB (8.63 mlrd. manat, 23.6% pay) və PAŞA Bank (6.77 mlrd. manat, 18.5% pay) gəlir.
Xalq Bank (1.84 mlrd. manat, 5.0%) və Bank Respublika (1.52 mlrd. manat, 4.1%) ilk beşliyi tamamlayır.
İlk beş bank ölkə üzrə depozitlərin təxminən 75%-ni cəmləşdirib.







