Avropa İttifaqı (Aİ) 19-cu sanksiyalar paketi çərçivəsində “Grinex” kriptovaluta birjasına qarşı qadağa tədbirləri tətbiq edib. Bu barədə məlumat Aİ Şurasının “Avropa İttifaqının Rəsmi Jurnalı”nda dərc olunmuş qətnamədə yer alıb.
Sənəddə qeyd olunur ki, bu tədbirlər Aİ-nin Rusiyanın sanksiyalardan yayınma cəhdlərinə qarşı mübarizəsi çərçivəsində tətbiq olunub və “maliyyə əməliyyatlarına qoyulan məhdudiyyətlər” də daxil olmaqla, həmin fəaliyyətlərin qarşısını almağa yönəlib.