15 C
Baku
Thursday, October 23, 2025

Parfumeriya brendi “Adore”nin vergi borcu məlum oldu

Azərbaycanda parfumeriya və kosmetika mağazalar şəbəkəsinə sahib “Adore Kompani” MMC-nin (əvvəlki Ideal Kompani) dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Adore Kompani” MMC-nin vergi borcu 34 764.64 AZN manatdır.

Xatırladaq ki, “Adore Kompani” MMC əvvəllər “İdeal Kompani” adlandırılırdı. Şirkət rəqib olan “Sabina” Parfumeriya və Kosmetika mağazalar şəbəkəsini aldıqdan sonra rebrendinq etmişdi. Şirkətin nizamnamə kapitalı 100 000 AZN-dir və qanuni təmsilçisi Kamal Abdullayevdir.

Son xəbərlər
Digər xəbərlər