“Tesla” şirkəti ön işıqlandırma fənərlərinin parlaqlığı ilə bağlı yaranan problemə görə 63,62 min “Cybertruck” elektrik pikapını geri çağırdığını elan edib. Bu problem qarşıdan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün görünüşü çətinləşdirə bilər. Məlumatı ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) yayıb.
“Tesla” artıq bu nasazlığın aradan qaldırılması üçün pulsuz proqram təminatı yeniləməsini istifadəyə verib. Yeniləmə 13 noyabr 2023 – 11 oktyabr 2025-ci illər arasında istehsal olunmuş “Cybertruck” modelləri üçün əlçatandır. Şirkət bildirib ki, indiyədək bu nasazlıqla bağlı qəza halı qeydə alınmayıb.
Bundan əlavə, “Tesla” batareya komponentindəki nasazlıq səbəbindən 12,96 mindən çox “Model 3” və “Model Y” elektromobilini də geri çağırır. Bu problem 2025-ci ildə istehsal edilmiş bəzi “Model 3” və “Model” Y avtomobillərində aşkar edilib və mühərrikin qəfil güc itirməsinə səbəb ola bilər.