2025-ci ilin ilk səkkiz ayında Azərbaycana banan idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə bahalaşması azalan idxalda dəyəri yüksəldib.
Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar–avqust aylarında ölkəyə 38.2 min ton banan idxal olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2.6% azalma deməkdir. Bununla belə, idxalın dəyəri 37.7 milyon ABŞ dollarına çatıb və ötən ilin 32.2 milyon dollarlıq göstəricisini 16.8% üstələyib.
Beləliklə, bananın orta idxal qiyməti ton başına 822 dollardan 986 dollara yüksəlib — yəni, 20% bahalaşma müşahidə olunub. Bu, əsasən Ekvador mənşəli məhsulların qiymət artımı ilə bağlıdır, çünki Azərbaycanın idxalının 99%-ə yaxını hələ də bu ölkənin payına düşür.
Ekvadordan idxal 39.0 min tondan 37.9 min tona (-2.9%) enib, lakin dəyəri 32.1 milyon dollardan 37.4 milyon dollara (+16.4%) qalxıb. Bu o deməkdir ki, hər ton Ekvador bananının orta qiyməti 821 dollardan 986 dollara yüksəlib. Başqa sözlə, ölkə hər ton üçün təxminən bananda 165 dollarəlavə xərcə düşüb.