15 C
Baku
Friday, October 24, 2025

İnvestsiya şirkətinin rəhbərliyində dəyişikliklər olub

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri və üzvləri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə indiyə qədər Müşahidə Şurasının üzvü olan Baxış Məlikov Məmmədəli oğlu sədr, sədr olan Tural Bayramov Bəşir oğlu isə üzv seçilib.

Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1 110 000 manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.

Son xəbərlər
Digər xəbərlər