17 C
Baku
Friday, October 24, 2025

AMB sədri: Əsas məqsədimiz beynəlxalq ödəniş sistemlərindən asılılığı azaltmaqdır

“Azərbaycanın əsas məqsədi beynəlxalq ödəniş sistemlərindən asılılığı azaltmaqdır”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov GFTN-Tbilisi Maliyyə Sammitində çıxışı zamanı ölkənin maliyyə müstəqilliyini və daxili rəqəmsal potensialını gücləndirmək istiqamətində atılan addımlardan danışarkən deyib.

AMB sədri qeyd edib ki, əsas məqsəd beynəlxalq ödəniş sistemlərindən asılılığı azaltmaq və milli ödəniş infrastrukturunu tam inteqrasiya olunmuş, təhlükəsiz və dayanıqlı şəkildə formalaşdırmaqdır: “Biz AÖS (Ani Ödəniş Sistemi) və digər yerli rəqəmsal platformaları genişləndirərək ölkənin maliyyə sistemində xarici asılılığı minimuma endirmək istəyirik. Bu, həm əməliyyat xərclərini azaldacaq, həm də vətəndaşlar və biznes üçün daha əlçatan ödəniş mühiti yaradacaq”.

T.Kazımov qeyd edib ki, banklararası hesablaşma mərkəzinin AÖS-ə inteqrasiyası və tokendirilmiş ödənişlərin əlavə edilməsi ilə milli ekosistem daha çevik və təhlükəsiz olacaq:“Bu addımlar ödəniş bazarını modernləşdirəcək, daxili rəqəmsal potensialı artıracaq və beynəlxalq kart sistemlərinə alternativ milli model formalaşdıracaq.”

Mərkəzi Bank rəhbəri əlavə edib ki, qarşıdakı mərhələdə süni intellekt və innovativ texnologiyaların da tətbiqi nəzərdə tutulur. Məqsəd daha çevik, ədalətli və vətəndaş yönümlü maliyyə infrastrukturu yaratmaqdır.

Son xəbərlər
Digər xəbərlər