22 C
Baku
Saturday, October 25, 2025

Çində smartfon qiymətinə insanabənzər robot satışa çıxarılıb

Pekində yerləşən “Noetix Robotics” şirkəti ev şəraitində istifadə üçün nəzərdə tutulmuş “Bumi” adlı humanoid (insanabənzər) robotu bazara təqdim edib.

Bu barədə South China Morning Post məlumat yayıb.

94 santimetr hündürlüyü və 12 kiloqram çəkisi olan robot 9 988 yuan (təxminən 2 400 manat) qiymətinə öncədən sifarişə açılıb – bu da orta səviyyəli bir smartfonun qiymətinə bərabərdir.

Bumi humanoid robotların istehlak bazarına daxil olmasının simvolu hesab olunur, çünki o, elmi texnologiyaları kütləvi əlçatanlıqla birləşdirir.

Robot tədris və ailəvi məqsədlər üçün nəzərdə tutulub, iki ayaq üzərində yeriyə bilir və rəqs hərəkətləri yerinə yetirə bilir. Onun batareya enerjisi 1–2 saatlıq iş üçün kifayət edir.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər