19 C
Baku
Sunday, October 26, 2025

Tramp sabah Si Cinpinlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Yaponiya ilə “olduqca maraqlı sövdələşmələr”in anonsunu elan edib və Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində Çin Sədri Si Cinpinlə görüşəcəyini təsdiqləyib.

O, bunu Malayziyanın Baş naziri Ənvər İbrahimlə sənəd imzalama mərasimində bildirib, lakin hansı sövdələşmələrin müzakirə olunduğunu dəqiqləşdirməyib.

“Bu gün burada qalacağıq, sabah isə çox gözəl bir ölkəyə (Trampın növbəti səfəri Yaponiyaya planlaşdırılır – red.) yola düşəcəyik və bildiyiniz kimi, əldə edəcəyimiz çox yaxşı, maraqlı razılaşmalarımız olacaq”, – o, qeyd edib.

“Növbəti gün (Trampın Yaponiyaya səfəri oktyabrın 27-29-da planlaşdırılıb – red.) Si Cinpinlə görüşəcəyik”, – ABŞ lideri əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər