Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, cari onilliyin sonuna qədər ABŞ-nin ümumi dövlət borcu 20% artaraq ÜDM-in 143,4%-nə çatacaq. Müqayisə üçün, 2024-cü ilin yekunlarına görə bu göstərici 124% təşkil edib.
BVF proqnozlarını ABŞ-də büdcə kəsirinin 2030-cu ilə qədər hər il ÜDM-in təxminən 7%-i səviyyəsində olacağına dair qiymətləndirmələrə əsaslanır, bu isə inkişaf etmiş ölkələr arasında ən yüksək göstəricidir.
Beləliklə, ABŞ dövlət borcunun ÜDM-ə nisbəti bu sahədə ən problemli Avropa ölkələri hesab olunan İtaliya və Yunanıstanın göstəricilərinə yaxınlaşacaq. Məlum olduğu kimi, Yunanıstanda borc yükünün artması 2010–2012-ci illərdə böyük maliyyə böhranına səbəb olmuşdu və həmin dövrdə ölkə avrozonadan çıxmağı ciddi şəkildə müzakirə edirdi. 2024-cü ilin sonunda Yunanıstanın dövlət borcunun ÜDM-ə nisbəti 152%, İtaliyanın isə 135% təşkil edib.






