17 C
Baku
Tuesday, October 28, 2025

İsrail Qəzzada Türkiyə sülhməramlılarının yerləşdirilməsinə qarşıdır

İsrail ABŞ-nin təklif etdiyi sülh planı çərçivəsində Qəzza zolağında Türkiyə hərbçilərinin yerləşdirilməsinə razı olmayacaq.

Bunu İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasındakı münasibətlər pisləşməyə başlayıb:

“Türkiyə İsrailə qarşı düşmənçilik siyasəti yürüdür, bu, tənqidi bəyanatlarla yanaşı, həm də diplomatik və iqtisadi tədbirləri əhatə edir. Buna görə də Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağında yerləşdirilməsinə icazə vermək ağılsızlıq olardı. Biz bununla razı deyilik və amerikalı dostlarımıza bu barədə məlumat vermişik”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər