20 C
Baku
Wednesday, October 29, 2025

2026-cı ildə qlobal İT xərcləri $6 trilyonu ötəcək

2026-cı ildə informasiya texnologiyaları (İT) üzrə qlobal xərclər 9,8% artaraq 6 trilyon dollardan çox olacaq. Bu barədə tədqiqat şirkəti “Gartner” proqnoz verir.

“2025-ci ilin ikinci rübündə başlayan qeyri-müəyyənlik dövrü üçüncü rübdə zəifləməyə başlayıb və ilin sonuna qədər bu seqmentə əhəmiyyətli maliyyə axını gözlənilir,” – deyə “Gartner” analitiki Con-Devid Lavlok bildirib. “Generativ süni intellekt (GenAI) funksiyaları artıq şirkətlərin istifadə etdiyi proqram təminatlarında geniş yayılıb və bu proqramlar daha bahalıdır, bu da xərclərin artmasına səbəb olur”.

2025-ci ilin yekunlarına görə, mütəxəssislər İT xərclərinin 10% artaraq 5,5 trilyon dollara çatacağını gözləyirlər. Bu il məlumat emalı mərkəzlərinə (data mərkəzlərinə) yatırımlar ən sürətlə – təxminən 47% artacaq. Bununla yanaşı, İT xidmətləri 1,7 trilyon dollardan çox həcm ilə ən böyük bazar olaraq qalacaq.

Mobil telefonlar və şəxsi kompüterlərə çəkilən xərclərin isə 783 milyard dollara çatacağı gözlənilir ki, bu da 2024-cü illə müqayisədə 8,4% çoxdur. Lakin növbəti il artım tempinin 6,8%-ə qədər azalacağı qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər