“Permasteelisa” ASC-nin Azərbaycan Respublikasındakı Filialı ləğv olunduğunu elan edir.
Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.
Permasteelisa — İtaliyada yaranmış, dünyanın ən iri memarlıq fasad şirkətlərindən biridir. Fəaliyyət sahəsi memarlıq fasadlarının, şüşə və alüminium konstruksiyaların dizaynı, istehsalı və quraşdırılmasıdır.








