10 C
Baku
Thursday, October 30, 2025

“Toyota” yeni nəsil “Corolla” konseptini təqdim edib — Fotolar

“Toyota” Tokioda keçirilən “Japan Mobility Show 2025” sərgisində yeni, 13-cü nəsil “Corolla” modelinin konseptini təqdim edib. Avtomobil futuristik üslubu ilə böyük dizayn dəyişiklikləri ilə diqqət çəkir.

Yeni Corolla hazırkı modeldən həm xarici, həm də daxili görünüşünə görə tamamilə fərqlənir:

– Kuzov daha alçaq, bucaqlı və aerodinamik formaya malikdir;

– Avtomobil 21 düymlük təkərlər, çərçivəsiz qapılar və xəttvari LED işıq elementlərlə təchiz olunub;

– Salon tamamilə yenilənib — fiziki düymələr sensorlarla əvəz olunub, idarəetmə elementləri sükanın arxasında cəmlənib, ümumi dizayn minimalistik tərzdə hazırlanıb.

image 2025 10 30T143535.049

image 2025 10 30T143634.671

image 2025 10 30T143720.682

Gözlənilir ki, yeni “Corolla” həm tam elektrik, həm də hibrid və qoşulan (plug-in) hibrid versiyalarda təklif olunacaq. Daxili yanma mühərrikli versiyanın buraxılması da istisna edilmir.

image 2025 10 30T143940.583

image 2025 10 30T143944.943

image 2025 10 30T144047.557

Hazırda təqdim olunan bu model konseptdir, dizayn və texniki göstəricilər seriya istehsalına qədər dəyişə bilər. Konseptin məqsədi “Corolla” modelinin gələcək inkişaf istiqamətini nümayiş etdirməkdir.

“Xarici görünüşdən və kuzov növündən asılı olmayaraq, Corolla həmişə Corolla olub. Məhz buna görə də o, “hər kəs üçün avtomobil” sayılır. Corolla bu statusunu qorumaq üçün necə inkişaf etməlidir? Dünya böyükdür və müxtəlifdir — yollar da, enerji reallıqları da fərqlidir”, — deyə şirkətdən bildirilib.

Son xəbərlər
Digər xəbərlər