10 C
Baku
Thursday, October 30, 2025

PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb

®29 oktyabr 2025-ci il tarixində ölkənin iki lider və yenilikçi şirkəti PAŞA Kapital və Sea Breeze arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb. Bu tərəfdaşlıq, ölkəmizin biznes mühitində yeni bir sinerjinin başlanğıcı, həmçinin maliyyə və daşınmaz əmlak bazarında investisiya etmək istəyən şəxslər üçün yeni imkanların yaradılması məqsədilə gələcəyə yönəlmiş uzunmüddətli strateji addımdır.

Memorandumun əsas məqsədi hər iki şirkətin müştərilərinə özəl xüsusi şərtlərlə yeni investisiya imkanlarının yaradılması, innovativ maliyyə həllərinin tətbiqi və uzunmüddətli dayanıqlı tərəfdaşlıq modelinin formalaşdırılmasından ibarətdir.

 Belə ki, Sea Breeze kurort şəhərciyində daşınmaz əmlak əldə etmək istəyən şəxslər PAŞA Kapital vasitəsilə aşağıdakı sərfəli şərtlərdən faydalana biləcəklər:

 

  • Ümumi alış məbləğində 20%-dək qənaət;
  • Müqavilənin AZN valyutasında bağlanılması imkanı.

 Strateji tərəfdaşlığa dair memorandum PAŞA Kapital İnvestisiya Şirkətinin Baş Kommersiya İnzibatçısı və İdarə Heyətinin üzvü İlqar TağıyevSea Breeze-in Kommersiya Direktoru Ayaz Tağıyev tərəfindən imzalanıb.

İmza mərasimi Sea Breeze-in satış ofisində hər iki tərəfin məsul nümayəndələrinin iştirakı ilə baş tutub, tədbir çərçivəsində gələcək əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslər üzrə müzakirələr aparılıb.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri, həmçinin fəaliyyəti haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

DSCF8863 w logo DSCF8861 w logo

Son xəbərlər
Digər xəbərlər