17 C
Baku
Friday, October 31, 2025

The Economist: Ukraynaya növbəti dörd il ərzində $389 milyard lazımdır

“The Economist” jurnalının hesablamalarına görə, Ukraynaya ordunu silahlandırmaq və iqtisadiyyatı dəstəkləmək üçün 2026–2029-cu illər ərzində təxminən 389 milyard dollar həcmində maliyyə və silah yardımı tələb olunacaq.

Nəşr diqqətə çatdırır ki, bu məbləğ 2022-ci ilin fevralından bəri Kiyevə təqdim edilən 206 milyard dollardan demək olar iki dəfə çoxdur. Həmin vəsaitin təxminən 133 milyard dolları ABŞ tərəfindən ayrılmışdı. “The Economist” qeyd edir ki, hazırkı ABŞ administrasiyasının Ukraynaya maliyyə yardımı ilə bağlı skeptik mövqeyini nəzərə alaraq, bu xərclərin əsas hissəsi qalan NATO üzvlərinin üzərinə düşəcək və onların bu istiqamətdəki xərcləri ÜDM-in 0,2%-dən 0,4%-ə qədər artırılmalıdır.

Rusiya tərəfi isə bildirib ki, Kiyev rejiminin silahla təmin edilməsi münaqişənin yalnız uzanmasına gətirib çıxarır.

Son xəbərlər
Digər xəbərlər