17 C
Baku
Friday, October 31, 2025

“Tesla” işıq panelində yaranmış problem səbəbindən təxminən 6200 pikapını geri çağırıb

“Tesla” 2024-cü il istehsalı olan təxminən 6200 ədəd “Cybertruck” elektrik pikapını yolsuzluq üçün nəzərdə tutulmuş işıq panelinin bərkidilməsində yaranan problem səbəbindən geri çağırır. Bu barədə ABŞ Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) bildirib.

Məlumatda bildirilir ki, ehtimal ki, panelin quraşdırılması zamanı səthin astarlanması prosesində səhv buraxılıb. Bu, panelin bərkidilməsini zəiflədə və ya onun ön şüşədən ayrılmasına səbəb ola bilər.

“Tesla” bütün müvafiq avtomobillərin sahibləri üçün işıq panelinin pulsuz yoxlanılacağını vəd edib. Zərurət yarandığı halda şirkət əlavə bərkidici quraşdıracaq və ya paneli tamamilə əvəz edəcək.

NHTSA xəbərdarlıq edib ki, panelin hərəkət zamanı ayrılması digər sürücülər üçün təhlükə yarada və qəza riskini artıra bilər.

Bundan əvvəl, 6 avqustda, “Tesla” Çində təxminən 1,7 milyon elektrik avtomobilini proqram təminatının yenilənməsi məqsədilə geri çağırmışdı.

Aprel ayında isə “Tesla” 3878 ədəd “Cybertruck” elektrik pikapını “qaz pedalının ilişməsi” problemi səbəbindən geri çağırmışdı. Bu qərar 2023-cü il 13 noyabr – 2024-cü il 4 aprel tarixləri arasında istehsal olunmuş bütün “Cybertruck” modellərinə şamil olunmuşdu. Qeyd edilirdi ki, nasazlıq 3878 avtomobilin 100%-də aşkar edilmişdi.

Son xəbərlər
Digər xəbərlər