“AzerGold” QSC-nin ümumi fəaliyyət dövrü üzrə qızıl və gümüş satışından əldə etdiyi gəlir 1 milyard 816 milyon manat təşkil edib ki, bu da təqribən 1 milyard 68 milyon ABŞ dolları təşkil edir.
Banker.az xəbər verir ki, bu məbləğin 94 faizi və ya 1 milyard 704 milyon manatı ixrac əməliyyatları hesabına, digər 6%-i isə ölkədaxili satış əməliyyatları hesabına formalaşıb.
Cari ilin ilk səkkiz ayında Azərbaycan xaricə 210.7 mln. dolları həcmində qızıl satıb. Bu öncəki ildəki 94 mln. dolları kəskin üstələyir. Bunun da 146 mln. dolları “AzerGold”un payına düşür. Beləliklə, keçən ilki 72.2 mln. dollarla müqayisədə 2 dəfədən yuxarıdır.
Əlavə olaraq onu da xatırladaq ki, dövlət şirkəti “AzerGold” mənfəətlə işləyən dövlət müəssələrindən biridir. Məsələn, QSC-nin konsolidaysiya edilmiş maliyyə hesabatına görə 2024-cü ili 33 milyon dollar xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki ilin 27.2 milyon dollar nəticəsindən 5.8 milyon dollar və ya 22% çoxdur.


 
                                    





