13 C
Baku
Tuesday, November 4, 2025

Tramp:Çin və digər ölkələr Nvidia-nın ən qabaqcıl süni intellekt çiplərini əldə edə bilməyəcəklər

Tramp bildirib ki, Çin və digər ölkələr Nvidia-nın ən qabaqcıl süni intellekt çiplərini əldə edə bilməyəcəklər.

Bu barədə Banker.az “Reuters”ə  istinadən xəbər verir.

Tramp deyib ki, Nvidia-nın ən yeni Blackwell çipləri yalnız Amerika şirkətləri üçün əlçatan olacaq.
“Biz ən qabaqcıl texnologiyaları ABŞ-dan başqa heç kimə verməyəcəyik”, – deyə o vurğulayıb.

Bu qərar Çinin yüksək səviyyəli süni intellekt çiplərinə çıxışını faktiki olaraq bağlayır, baxmayaraq ki, Tramp sadələşdirilmiş versiyaların satışını istisna etmir.

ABŞ Konqresində isə hətta sadələşdirilmiş versiyaların Çinə satılmasını “İrana uran ötürməyə bərabər” adlandırıblar.

Son xəbərlər
Digər xəbərlər