16 C
Baku
Wednesday, November 5, 2025

Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçilib

Nyu-York şəhərinin Demokratlar Partiyasından bələdiyyə sədrliyinə (mer) namizədi olan Zöhran Məmdani səslərin 50,6 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub.

Banker.az  xəbər verir ki, bu barədə “Associated Press“ ilkin qeyri-rəsmi nəticələrə istinadən məlumat yayıb.

Yerli vaxtla saat 21:00-da səsvermə başa çatdıqdan sonra bülletenlərin 83 faizi sayılıb.

Məmdani səslərin 50,6 faizini toplayaraq ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomodan təxminən 9 xal öndə olub.

Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini toplayıb.

34 yaşlı Məmdani Nyu-York şəhərinin ilk müsəlman bələdiyyə sədri olaraq tarixə düşüb.

Son xəbərlər
Digər xəbərlər