16 C
Baku
Wednesday, November 5, 2025

İnvestor Maykl Byurri süni intellekt “balonu”nun partlamasına $1,1 milyard mərc edib

“Scion Asset Management” şirkəti süni intellektlə bağlı “şişirdilmiş” şirkətlərə, daha dəqiq desək “Nvidia” və “Palantir” kimi texnologiya nəhənglərinin səhm qiymətlərinin enişinə 1,1 milyard dollar mərc qoyub. Qeyd edək ki, “Scion Asset Management”in qurucusu və hazırkı rəhbəri “The Big Short” filmində baş rolda çəkilən Maykl Byurridir. 2008-ci ildə o, ipoteka böhranını proqnozlaşdırmışdır.

“Bəzən biz balonları görürük. Bəzən bununla nəsə etmək mümkündür. Bəzən isə ən düzgün addım – oyuna girməməkdir”, – deyə Byurri söyləyib.

Son aylarda İT sektorundakı şirkətlərin qiymətlərinin kəskin artması fonunda süni intellekt “balonunun” yaxın zamanda partlaya biləcəyi ilə bağlı əhval-ruhiyyə daha da güclənir. Bir çox şirkətlər milyardlarla vəsaiti süni intellekt xəyalının ardınca sərf etməkdə davam etsə də, bu xərclərin necə gəlir gətirəcəyi hələ də aydın deyil.

Əgər balon partlasa, bu təbiidir. Hər böhran yeni imkanlar yaradır. Məsələn, 2008-ci il maliyyə böhranından sonra “Airbnb” və “Uber” kimi şirkətlər yaranıb.

Son xəbərlər
Digər xəbərlər