Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2025-ci il tarixli sərəncamına əsasən bir sıra rayon və şəhər icra hakimiyyətlərinin başçıları vəzifələrindən azad edilib və yeni təyinatlar edilib.
Banker.az həmin siyahını təqdim edir:
-
Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
-
Elşən Nazim oğlu Həsənli Sabunçu Rayon İcra başçısı I müavini vəzifəsindən azad edilib Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.






