Qvineya dünyada ən böyük dəmir filizi ehtiyatlarına malik olan “Simandu” layihəsi çərçivəsində xammal ixracına start verib. Layihənin dəyəri 20 milyard dollardan çoxdur.
Layihə çərçivəsində xammalın Atlantik okeanı sahilində yerləşən iki liman vasitəsilə ixracı planlaşdırılır.
Qvineya Prezidenti Adminstrasiyasının sözçüsü Diba Diyakiti bildirib ki, Simandudakı dəmir ehtiyatları Qvineya üçün Körfəz ölkələrindən ötrü neftin oynadığı rolu oynamalıdır.
Dəmir mədənləri ölkənin cənub-şərqində yerləşir və layihəni Çin şirkətləri idarə edir.
Qeyd olunur ki, istehsalın 2026-cı ildə 40 milyon ton, 2027-ci ildə isə 80 – 120 milyon ton arasında olması gözlənilir.








