16 C
Baku
Thursday, November 13, 2025

Bloomberg: Dünya okeanlarında tankerlərdə təxminən bir milyard barel neft yığılıb

Avqust ayından bəri dəniz və okeanlarda yerləşən tankerlərdə təxminən 1 milyard barel neft toplanıb. Bu barədə “Vortexa”, “Kpler” və “OilX” şirkətlərinin məlumatlarına istinadən “Bloomberg” xəbər yayıb.

Mənbələrin bildirdiyinə görə, bu həcmin əhəmiyyətli hissəsi sanksiyalar altında olan ölkələrdən gələn neftin payına düşür. Ümumi neftin 20–40 faizi, müxtəlif məlumatlara əsasən, Rusiya, İran və Venesuela mənşəlidir.

Qlobal neft hasilatında bu ölkələrin payı cəmi 17 faizdir, bu da onların neft ehtiyatlarının digər regionlarla müqayisədə tankerlərdə daha sürətlə yığıldığını göstərir. “Bloomberg” qeyd edir ki, bu yığılma həm istehsalın artması, həm də sanksiyaların təsiri ilə bağlıdır. Bir çox limanlar bu səbəbdən belə nefti qəbul etmir.

“Bu artımın bir hissəsi Qərbin daha sərt sanksiyaları ilə izah olunur. Nəticədə Rusiya nefti gəmilərdə yığılır və boşaldıla bilmir”, — deyə “Clarksons Securities” şirkətinin analitikləri bildiriblər.

Bununla yanaşı, “Bloomberg” yazır ki, heç bir sanksiyaya məruz qalmayan neft də toplanır. Əsasən Səudiyyə Ərəbistanı son aylarda hasilat və ixracı artırmaqla bu prosesdə mühüm rol oynayır.

Son xəbərlər
Digər xəbərlər