15 C
Baku
Thursday, November 13, 2025

Bloomberg: Çin ABŞ-ni $13 milyardlıq bitkoin oğurluğunda ittiham edib

Çinin Kompüter Viruslarına Qarşı Mübarizə Milli Mərkəzi (CVERC) ABŞ-ni 13 milyard dollar dəyərində bitkoin oğurluğu təşkil etməkdə ittiham edib. Bu barədə CVERC tərəfindən hazırlanmış hesabatına istinadən “Bloomberg” məlumat yayıb.

Söhbət 2020-ci ildə Çinin mayninq-pulu “LuBian”in bitkoinə edilən kiberhücumdan gedir. Hakerlər təxminən 127,3 min bitkoin ələ keçiriblər — bu, tarixdəki ən böyük kriptovalyuta oğurluğu hesab olunur. CVERC bildirir ki, bu, ABŞ tərəfindən idarə olunan dövlət səviyyəli haker əməliyyatı olub.

Hesabatda qeyd olunur ki, oğurlanmış bitkoinlərin “gizli və ləng hərəkəti” bunun təsdiqidir — bu, adətən kriptooğruların davranış modelinə uyğun gəlmir.

CVERC həmçinin oğurlanmış bitkoinlər ilə kambocalı iş adamı Çen Cjidən ABŞ tərəfindən müsadirə edilmiş tokenlər arasında əlaqə tapdığını iddia edir. ABŞ ötən ay onu fırıldaqçılıq sxemi yaratmaq və vəsaitlərin yuyulması ilə ittiham etmişdi. Onun “Prince Holding Group” şirkətindən təxminən 127,3 min bitkoini müsadirə olunub.

CVERC vurğulayır ki, ABŞ hakimiyyəti bu tokenlər üzərində nə zaman və necə nəzarət əldə etdiyini açıqlamayıb.

“ABŞ hökuməti 2020-ci ildə Çen Cjinin saxladığı 127 min bitkoini oğurlamaq üçün haker üsullarından istifadə etmiş ola bilər. Bu, “qara qaranı yeyir” prinsipi ilə aparılan klassik dövlət səviyyəli haker əməliyyatıdır”, — deyə hesabatda bildirilir.

Son aylarda Çin ABŞ-ni kiberhücumlarda getdikcə daha çox ittiham edir — oktyabr ayında Pekin, ABŞ xüsusi xidmət orqanlarını Çin Milli Vaxt Xidmətinə hücumda da günahlandırmışdı.

Son xəbərlər
Digər xəbərlər