15 C
Baku
Thursday, November 13, 2025

“Apple” və “Tencent” tərtibatçılar üçün komissiyanın azaldılması üzrə yeni razılaşma imzalayıb

“Tencent” və “Apple” arasında əldə olunan yeni razılaşmaya əsasən, iPhone istehsalçısı “WeChat” messencerindəki mini-oyunlar və tətbiqlərdə edilən alış-verişlərdən 15% gəlir əldə edəcək. Bu barədə öz mənbələrinə istinadən “Bloomberg” məlumat verib.

Ötən il “Apple” “Tencent”dən “WeChat” vasitəsilə iPhone sahiblərinə kənar ödəniş sistemlərindən istifadə etməyə imkan verən boşluqları bağlamağı tələb etmişdi. Bu səbəbdən ABŞ şirkəti ödənişlərdən standart olaraq aldığı 30%-lik komissiya gəlirinin böyük hissəsini itirirdi. Lakin Çin tərəfi bu şərtlərlə razılaşmamışdı.

Uzun danışıqlardan sonra “Apple” komissiya dərəcəsini iki dəfə azaldaraq 15%-ə endirməyə razılaşıb. Bunun müqabilində şirkət yeni və mühüm gəlir mənbəyinə çıxış əldə edir: “WeChat” aylıq 1,41 milyard istifadəçiyə malikdir və mini-oyunlar ilə daxili tətbiqlər Tencent-in gəlirlərində əhəmiyyətli paya sahibdir. Təkcə son rübdə bu gəlir 4,5 milyard dollar təşkil edib.

Qeyd edək ki, “Apple”ın 30%-lik komissiya siyasəti uzun müddətdir mübahisələrə və məhkəmə işlərinə səbəb olub. 2021-ci ildən etibarən şirkət illik gəliri 1 milyon dollardan az olan tərtibatçılar üçün bu komissiyanı 15%-ə endirib. Daha sonra Böyük Britaniya və Avropa İttifaqı məhkəmələri də Apple-ın 30%-lik komissiyasını qanunsuz elan ediblər.

Son xəbərlər
Digər xəbərlər