18 C
Baku
Friday, November 14, 2025

Dövlət büdcəsindəki profisit 5.17 mlrd. manatı keçib

Azərbaycan Respublikasının dövlət büdcəsinin profisiti 2025-ci ilin ilk 10 ayında 5 milyard 170,8 milyon manata yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Halbuki, sentyabra qədərki profisit 4 milyard 474,2 milyon manata yüksəlib.

Dövlət büdcəsinin gəlirləri illik müqayisədə 4.3 faiz artımla 32 milyard 891,4  milyon manata artarkən, dövlət büdcəsinin xərcləri 1.4 faiz azalaraq 27 milyard 720,6 milyon manata düşüb.

Son xəbərlər
Digər xəbərlər