16 C
Baku
Saturday, November 15, 2025

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza sektoruna dair bir plan hazırlayıb. Bu plan anklavın iki hissəyə bölünməsini nəzərdə tutur: onların biri İsrailin, digəri isə Fələstin qruplaşmalarının nəzarəti altında olacaq.

Bu barədə “The Guardian“ amerikalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzzanın şərqində İsrailin və beynəlxalq hərbi kontingentin nəzarətində olacaq “yaşıl zona”da bərpa işləri aparılacaq, “qırmızı zona” isə xarabalıq vəziyyətində qalacaq.

Nəşr yazır ki, Vaşinqton atəşkəsdən sonra hələ də “qırmızı zona”da yaşayan fələstinliləri bu yolla “yaşıl zona”ya köçməyə həvəsləndirməyə çalışır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər