Avropa İttifaqı Şurası və Avropa Parlamenti gələn il üçün Aİ-nin illik büdcəsi ilə bağlı razılığa gəlib.
Bu barədə məlumat Aİ Şurasının açıqlamasında yer alıb.
2026-cı il büdcəsi İttifaqın prioritetlərinin icrasına və mövcud çağırışların həllinə yönəldiləcək.
Sənədin məqsədi Aİ-nin rəqabət qabiliyyətini artırmaq, müdafiə potensialını və hazırlığını gücləndirmək, humanitar yardım layihələrini dəstəkləmək və miqrasiya təzyiqinin azaldılmasına töhfə verməkdir.








