15 C
Baku
Sunday, November 16, 2025

Şavkat Mirziyoyev: “Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq”

Biz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq.

Bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü qəbul edilməsi ilə bağlı danışarkn bildirib.

“Şübhəsiz ki, hər iki bölgənin strateji qarşılıqlı əlaqəsini və dayanıqlığını gücləndirəcək vahid əməkdaşlıq məkanının formalaşması istiqamətində çalışacağıq. Bu vacib qərarı verdiyinə görə bütün hörmətli həmkarlarıma səmimi qəlbdən təşəkkür etmək və məşvərət görüşünə tamhüquqlu iştirakçı kimi qoşulması münasibətilə Prezident İlham Əliyevi təbrik etmək istəyirəm”, – deyə Özbəkistan Respublikasının Prezidenti bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər