15 C
Baku
Monday, November 17, 2025

DSK: Azərbaycanda işsizlərin sayı 279 mindən aşağı düşüb

2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlərin sayı 278.9 min nəfərə düşüb. Halbuki, bu ilin əvvəlində 282.7 min nəfər, öncəki ayda isə 279.3 nəfər idi.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə işsizlik səviyyəsi yuvarlaq olaraq 5.2 faizdə sabit qalıb.

Məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 863.2 min nəfər, qeyri-dövlət sektorunda isə 918.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 750.1 min nəfər çalışmışdır.

8888 scaled

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.0 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.8 faizi emal sənayesi, 6.7 faizi tikinti, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.8 faizi mədənçıxarma sənayesi, 1.6 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.1 faizi təhsil, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.0 faizi peşə, elmi və texniki fəaliyyət, 3.8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Son xəbərlər
Digər xəbərlər